Ermənistanda son sutkada 295 nəfər koronavirusa yoluxub

17 Sentyabr 2020 13:36

Ermənistanda son sutka ərzində 295 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 46671-ə çatıb.

Son sutkada virusdan daha 2 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 925-ə çatıb.

Milli.Az