"Mənə tək sənət vəfalı çıxdı"

17 Sentyabr 2020 13:14

Studiya yaratmağa çalışıram. Qeyri-adi bir əsər hazırlamışam. İlk hissəsi hazırdır. Ev şəraitində onu tamamlamaq alınmır. Əsərin ikinci, üçüncü hissəsi də olacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər "Bağ mövsümü" proqramında deyib. Muğam ifaçısı bildirib ki, studiya açmağa hazırlaşır:

"Mənə tək sənət vəfalı çıxdı. Yəqin mən ona qarşı vəfalı oldum, o da qarşılıq verdi. Ayağım büdrəsə də, yıxılsam da, qalxdım. Məni böyük sənətkarlar dəstəkləyib, arxa dururdular. Papağım var idi, yəqin ona görə düşünürdülər bu sevgini mənə etibar etmək olar".

Milli.Az