Gürcüstanda 179 yeni yoluxma

17 Sentyabr 2020 13:03

Gürcüstanda son sutka ərzində 179 nəfər koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, növbəti rekord göstərici olub. Ölkədə bu günədək virusa yoluxanların sayı 2 937 nəfərə çatıb.

Bundan əvvəlki ən yüksək göstərici sentyabrın 16-da (170 nəfər) qeydə alınmışdı.

Bu günədək ölkədə 19 nəfər vəfat edib. 1 422 nəfər sağalıb, 1 496 nəfərin müalicəsi davam edir.

Milli.Az