Mayli Sayrus paylaşdığı FOTOSU ilə tənqid hədəfi oldu

17 Sentyabr 2020 09:45

Amerikalı müğənni Mayli Sayrus idman zalından olan görüntüsünü paylaşıb. Lakin fotolar istifadəçilər tərəfindən tənqidlə qarşılanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" xəbər yayıb.

Məlumata görə, ifaçı fotonu özünün "Instagram" hesabının "hekayə" bölümündə yayımlayıb.

"O, yazıq görünüşə sahibdir", "80-ci illərin saç düzümü çox pis görünür", "Bu varlıqda seksual heç nə yoxdur", "Mayli sadəcə ümidsiz şəkildə diqqəti üzərində cəmləmək istəyir" və s. kimi şərhlər fotonun altında yer alıb.

Milli.Az