Yumoristə etdiyi zarafata görə hücum edildi

17 Sentyabr 2020 09:28

Ukraynalı stəndapçı, ssenari yazarı və şou aparıcısı Yeqor Şataylonu döyüblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tolknews.ru xəbər yayır.

Hadisə onun ənənəvi Ukrayna ailəsi ilə bağlı zarafatından sonra baş verib.

Naməlum şəxslər hücum edərək onu yerə yıxıb, üzünə gözyaşardıcı qaz püskürdüblər. Zərərçəkən yüngül xəsarət alıb.

Qeyd edilir ki, hücumdan əvvəl Şatayloya internetdən təhdid məktubları göndərilib.

Milli.Az