Lukaşenko 3 səfiri diplomatik rütbədən məhrum etdi

17 Sentyabr 2020 08:58

Belarus Prezidenti Aleksandr Lukaşenko Belarusun Latviyadakı səfiri Vasili Markoviçi vəzifəsindən azad edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən bildirilib.

Bununla yanaşı, Belarus lideri Markoviçi diplomatik rütbədən məhrum edib. Buna səbəb vəzifə vəzifələrinin lazımınca yerinə yetirilməməsi olub.

Həmçinin, Lukaşenko ölkənin iki keçmiş səfirini - Pavel Latuşko və İqor Leşyeni diplomatik rütbəsindən məhrum edib. Qeyd olunur ki, bu, onların dövlət qulluğunu ləkələyən hərəkətləri ilə əlaqədar olub.

Milli.Az