"Salli" ABŞ-ın iki ştatında daşqınlara səbəb oldu

17 Sentyabr 2020 08:33

ABŞ-ın Alabama ştatında "Salli" tropik qasırğası nəticəsində bir nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Orinc-Biç şəhərinin meri Toni Kennon məlumat verib.

Bildirilir ki, bu Meksika körfəzini əhatəsinə alan "Salli" fırtınasının ilk qurbanıdır.

Qasırğalara Nəzarət üzrə Milli Mərkəzdən verilən məlumata görə, atmosfer fenomen daxilində küləyin sürəti 20.1 m/s-dir. Hazırda "Salli" Dotan şəhərindən (Alabama ştatı) 110 km şimal-qərbdədır , 11,2 km/saat sürətlə şimal-şərqə doğru hərəkət edir. Təbii fəlakət Alabama və Florida ştatlarında təhlükəli daşqınlara səbəb olub. 540 mindən çox sakin işıqsız qalıb.

Milli.Az