ABŞ-da son sutkada koronavirusa 38 min nəfər yoluxub

17 Sentyabr 2020 08:13

ABŞ-da koronavirus pandemiyası başlayandan indiyədək yoluxmuş insanların ümumi sayı 7 milyona yaxınlaşır - 6 814 236.

Milli.Az Trend-ə istinadən bildirir ki, son sutkada ölkədə COVİD-19 infeksiyasına 38 min yoluxma və virusdan 1 293 (cəmi - 200 975) ölüm hadisəsi qeydə alınıb.

Bildirilir ki, hazırda ABŞ yeni növ koronavirus infeksiyasının yayılmasına görə dünyada birinci yerdədir.

Milli.Az