ABŞ iqtisadiyyatının bəzi sahələri çətin bərpa ediləcək

17 Sentyabr 2020 08:03

Koronavirus peyvəndinin geniş tətbiqi başlayana qədər ABŞ iqtisadiyyatının bir sıra sahələrinin bərpası çox çətin olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkə Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Jerom Pauel deyib.

Bununla yanaşı, onun sözlərinə görə, iqtisadiyyatın digər sahələri son iki ayda gözləniləndən daha sürətli canlanıb.

Milli.Az