Bu gün axşam saat 22:00 radələrində Bülbül prospekti 1-5 ünvanında 14 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Təqdim olunan foto və video görüntülərdən də aydın olur ki, hər hansı bir yanğın hadisəsi olmayıb.
Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, avtobusda kiçik texniki nasazlıq yaranıb və mobil texniki xidmət qrupunun müdaxiləsilə nasazlıq qısa vaxtda aradan qaldırılıb.
Avtobus depoya yola salınıb.
Milli.Az