"Bavariya"da mövsümün ən yaxşısı seçildi

16 Sentyabr 2020 21:04

"Bavariya"da 2019-20 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Robert Levandovski bu ada layiq görülüb. Polşalı hücumçu ötən mövsüm ümumilikdə 47 oyunda 55 qol vurub, 10 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Robert Levandovski 2014-cü ildən "Bavariya"da çıxış edir.

Milli.Az