AFFA-da səfirlə görüş keçirilib - FOTO

16 Sentyabr 2020 20:54

Bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov və vitse-prezident Rauf Əliyev Kolumbiyanın ölkəmizdəki səfiri Antonio Dimate Kardenasla görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüşdə iki ölkənin futbol qurumları arasında qarşılıqlı əməkdaşlıq, gənclərdən ibarət komandalar arasında yoldaşlıq oyunlarının keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub.