Gürcüstan ərazisində koronavirus ən çox Batumidə yayılıb

16 Sentyabr 2020 20:19

Gürcüstanda bu gün qeydə alınan koronavirusa yoluxma faktının 144-ü Acarıstan Muxtar Respublikasının mərkəzi Batumidə olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının direktoru Marina Ezuqbaya məlumat verib.

Onun sözlərinə görə, son günlər ölkədə koronavirusun ən çox yayıldığı bölgələr sırasında Batumi şəhəri liderlik edir.

Son 24 saat ərzində paytaxt Tbilisidə 29 yoluxma faktı qeydə alınıb. Ayrı-ayrı bölgələrə gəldikdə isə İmereti-Kutaisidə 7, Şidi-Kartli-Qori bölgəsində 4, Quriya-Ozurqetidə 4, azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Qardabanidə isə 3 fakt qeydə alınıb.

Milli.Az