"Molde" "Qarabağ"la oyuna itkilərlə çıxacaq

16 Sentyabr 2020 16:47

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində bu gün "Qarabağ"la qarşılaşacaq "Molde" (Norveç) oyuna iki itki ilə çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, müdafiəçi Martin  Bornbek və yarımmüdafiəçi Fredrik Şelstad oyunu buraxacaq. Zədələri tam sağalmayan futbolçuların bugünkü matça hazır olmadıqları bildirilib.

Qeyd edək ki, Kiprin Larnada şəhərindəki "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Milli.Az