Koronavirusa yoluxan şəhər meri komaya düşdü

16 Sentyabr 2020 19:54

Ukraynanın Xarkov şəhərinin meri Gennadi Kernes koronavirus testindən keçib və nəticələri müsbət olub.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Ukrayna Prezident Admnistrasiyasındakı mənbələr merin səhhətinin son dərəcə ağır olduğunu bildirib.

Qeyd edilib ki, hazırda G.Kernes komadadır.

O, son dəfə ictimaiyyət qarşısına avqustun 23-də Şəhər Günü münasibətilə keçirilən tədbirdə çıxıb.

Milli.Az