Uşaqlara peyvəndi vaxtında vurdurun - ÜST-dən XƏBƏRDARLIQ

16 Sentyabr 2020 23:31

Ümumdünya Səhiyyə Təşkilatı Avropada koronavirus infeksiyası ilə əlaqədar vəziyyətin pisləşdiyini açıqlayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, ÜST-nin Rusiya Federasiyasındakı rəsmi nümayəndəsi Melita Vuynoviç mətbuat konfransında danışıb.

"Avropa bölgəsindəki bir çox ölkədə koronavirusun yayılmasında artım olduğunu görürük. Lakin Rusiyada artım yoxdur", - Vuynoviç açıqlamasında qeyd edib.

ÜST təmsilçisi rutin peyvəndlərin bərpa olunmasının vacibliyini qeyd edib. Ekspert valideynlərə sosial şəbəkələrdə yayılan əsassız xəbərlərə inanmamağı və uşaqlara peyvəndin vurulmasından imtina etməmələrini tövsiyə edib.

Xatırladaq ki, Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Qinzburq COVID-19 xəstələrinin sayında artımın kütləvi immunitet səviyyəsi artana qədər davam edəcəyini demişdi.

Milli.Az