Kosta koronavirusdan sağaldı

16 Sentyabr 2020 18:28

"Atletiko"nun futbolçusu Dieqo Kosta koronavirusdan sağalıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu virusa qalib gələn digər komanda yoldaşı Santiaqo Ariasla birlikdə məşqlərə başlayıb.

Xatırladaq ki, komandanın baş məşqçisi Dieqo Simeonedə də koronavirus aşkarlanıb.

Milli.Az