"Real"ın futbolçusu "Tottenhem"də

16 Sentyabr 2020 21:14

"Tottenhem" "Real"ın müdafiəçisi Serxio Reqilonu transfer edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi bu keçid üçün London klubuna 30 milyon avro ödəyəcək. "Real"ın ispaniyalı futbolçunu 45 milyon avroya geri qaytarmaq hüququna malik olduğu bildirilib.

Qeyd edək ki, 23 yaşlı cinah müdafiəçisi ötən mövsüm icarə əsasında "Sevilya"da çıxış edib.

Milli.Az