Tramp ABŞ-ın iki ştatında fövqəladə vəziyyət elan etdi

16 Sentyabr 2020 14:30

ABŞ Prezidenti Donald Tramp iki ştatda fövqəladə vəziyyət elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Oreqon ştatında davam edən güclü meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan olunub.

Oreqon ştatında bu günədək 10 nəfər həlak olub, 22 nəfər isə itkin düşmüş hesab edilir. Ümumilikdə yanğınlar ABŞ-ın qərbindəki 10 ştatda 1,8 milyon hektar ərazini əhatə edir.

Bundan başqa, ölkənin cənub-şərqindəki Florida ştatında "Salli" qasırğasının yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Qeyd olunur ki, qasırğa bu gün ərzində Florida, Missisipi və Luiziana sahillərinə çatacaq.

Milli.Az