"Mölde"nin zədəliləri sağaldı

16 Sentyabr 2020 17:55

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində bu gün "Qarabağ"la qarşılaşacaq "Mölde"nin zədəli futbolçuları sağalıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Erlinq Moe 3 ay əvvəl dizindən zədələnən yarımmüdafiəçi Stian Qriqersenin yenidən oynamağa hazır olduğunu bildirib.
 
O, bir müddət zədədən əziyyət çəkən Mathis Bollinin də görüşdə iştirak edə biləcəyini deyib.

Qeyd edək ki, Kiprin Larnada şəhərindəki "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Mölde" matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Milli.Az