Nisə Qasımovadan xərçəng xəstəliyi iddialarına cavab

16 Sentyabr 2020 15:14

Hər şey çox yaxşıdır, mən yeni mahnı üzərində çalışıram.

Milli.Az bildirir ki, bunu modern.az-a açıqlamasında Xalq artisti Nisə Qasımova xərçəng xəstəliyinə tutulması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

"İnanın, bu dəqiqə o qədər gərgin iş rejimindəyəm ki... Bilmirəm, mahnını yazdırım, onu aranjiman etdirim... Zəng edib deyirlər ki, "barənizdə nəsə eşitmişik", "səhhətinizdən narahatıq", "efirlərdə görünmürsüz". Bir sözlə, hər şey yaxşıdır", - Nisə Qasımova bildirib.

Müğənni tezliklə onu sevənləri öz mahnıları ilə sevindirəcəyini vurğulayıb.

Qeyd edək ki, Xalq artistinin xərçəngə yoluxması ilə bağlı məlumatlar yayılmışdı.

Milli.Az