"Qalatasaray" Bakıya yola düşdü - VİDEO

16 Sentyabr 2020 14:52

Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq "Qalatasaray" Bakıya yola düşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi çarter reysi ilə Azərbaycana yollanıb. Baş məşqçi Fatih Terimin bu gün saat 18:00-da mətbuat konfransı nəzərdə tutulub. 18:30-da isə komandanın məşqi olacaq.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 21:00-da başlanacaq.

Milli.Az