Dünyanın bu yerlərinə milyarderlər belə gedə bilmir - FOTO

16 Sentyabr 2020 17:06

Bəzən düşünürsünüz ki, dünyanın turistlərin getmədiyi elə bir yeri yoxdur. Turizmin bu qədər inkişaf etdiyi bir dövrdə hələ də belə məkanların qaldığını bilirsiz? Bu yerlərə hətta milyarderlər belə girə bilməz.

Milli.Az axşam.az-a istinadən bildirir ki, dünyada heç kimin girə bilməyəcəyi yerləri təqdim edir:

Vatikanın sirli arxivi

Roma papasının özəl kitabxanasında milyona qədər nümunələr var. Burada kitablar 90 kilometr ərazini əhatə edir. Bura həm də çox çətin əldə edilən sirlərlə bağlı materiallar da saxlanılır.

Norveçdəki toxum anbarı

Norveçin Arktik Svalbard qrup adalarından biri olan Spitsberqen adasındakı 120 metr dərinlikdə yerləşən anbardır. Şimal Qütbünə 1300 km məsafədəki toxum anbarı dünyanın ən yaxşı qorunan yerlərindən biridir. Dünyanın bir çox yerində təbii fəlakətlərə görə belə bir anbar mövcuddur. Bura isə ən böyüyü və daha çox qorunanıdır.

Lasko mağarası

Mağara Fransada yerləşir. 1940-cı ildə dörd yeniyetmə tərəfindən kəşf edilib. Divarları rəsmlərlə dolu olan mağara mütəxəssislərin diqqətini hər zaman çəkib. Deyilənə görə bu rəsmlərin 17 mindən çox yaşı var. İçərisində zəhərli qaz olduğu üçün turislərin ziyarəti üçün qadağan edilib.

Sentinel adası

Hind okenanında Hindistanda mayanma arasında yerləşir. Orada sivil dünyadan bixəbər insanlar yaşayır. Böyük zəlzələdən sonra 2004-cü ildə Hindistan hökuməti yerli əhaliyə kömək etməyə çalışıb. Onlar isə adaya yaxınlaşan vertolyotu daş-qalaq edərək enməsinə imkan verməyiblər.

İlan adası

Braziliyada yerləşən bu adada dünyanın ən zəhərli ilanları var. Hətta onlar arasında dünyada nəslikəsilən zəhərli ilanlarda yer alıb. Hökumət bu adanı turistlər üçün bağlamaq məcburiyyətində qalıb.

Morqan adası

Cənubi Karolinada yerləşir. Burada meymunlar yerləşib. Amma bu hər zaman belə olmayıb. Belə ki, 80-iııərin sonunda Puerto-Riko qoruqlarında herpes virusu yayılıb. Virusa yoluxanları insan olmayan bu adaya yerləşdiriblər.

Niihau adası

Bu ada Sakit okeanın Havay sahillərində yerləşir. XIX əsrin sonunda səyyah Henri Robinson adanı satın alıb. hazırda burada 150 insan yaşayır. Turistlərin adaya girişi qadağandır. Bura ancaq yerli insanların dəvət etdiyi şəxs girə bilər.

Milli.Az