Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı 345-ə çatıb

16 Sentyabr 2020 21:45

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirusa (COVID-19) yoluxanların ümumi sayı 345-ə çatıb.

Milli.Az APA-ya istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda son sutkada 5 yeni yoluxma faktı qeydə alınıb. 

İndiyədək infeksiyaya yoluxanlardan 301 nəfər sağalıb, 42 nəfərin müalicəsi davam edir.   

78 nəfər karantindədir.

İndiyədək analiz nəticəsi müsbət çıxan iki nəfər ölüb. Lakin onların digər xəstəliklərdən öldüyü bildirilir.

Milli.Az