Moskvada “Heydər Əliyev Kuboku” uğrunda mini futbol turniri keçiriləcək
22 Aprel 2010 21:42
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin nurlu xatirəsinə həsr olunmuş turnirdə Rusiya paytaxtının azərbaycanlılardan ibarət gənclər klubları iştirak edəcəklər. Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təşkil etdiyi turnir ikinci dəfədir ki, keçirilir.
Turnir çərçivəsində komandalar qruplarda bir oyun keçirəcəklər. 1-ci və 2-ci yeri tutan komandalar turnirdə mübarizəni davam etdirəcəklər. Qrup oyunları mayın 15-də, həlledici oyunlar 16-da keçiriləcəkdir. 1-ci yer uğrunda final görüşü də həmin gün olacaq.
1-ci, 2-ci və 3-cü yerləri tutan bütün komandalara xüsusi mükafatlar veriləcəkdir. Turnirin yekunlarına görə müxtəlif nominasiyalarda əlavə mükafatlar da təqdim olunacaq.
/AzərTAc/