Prezident İlham Əliyev Fərhad Əhmədovun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xidmətlərinə görə Fərhad Teymur oğlu Əhmədov "Dostluq" ordeni ilə təltif edilsin".
Milli.Az