Rüfət növbəti dəfə ABŞ-da rəmzi 11-liyə düşdü

16 Sentyabr 2020 14:48

ABŞ-ın "Finiks Rayzinq" klubunda çıxış edən millimizin futbolçusu Rüfət Dadaşov USL çempionatında növbəti dəfə həftənin rəmzi komandasına düşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 12-ci turda  "Las-Veqas Layts"ı məğlub etdikləri (5:1) oyunda iki qol və bir məhsuldar ötürmə edən 28 yaşlı hücumçu rəmzi 11-likdə yer alıb.

Dadaşov 6-cı turda da rəmzi komandaya düşmüşdü.

Qeyd edək ki, Rüfət Dadaşov bu mövsüm 10 qol vurub.  

Milli.Az