Əməkdar artist Eyyub Yaqubovla damda çəkilmiş FOTOsunu yaydı

16 Sentyabr 2020 13:48

Əməkdar artist Cavanşir Hadıyev Xalq artisti Eyyub Yaqubov ilə birgə fotosunu yayımlayıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, o, ifaçı ilə görüntüsünü "Facebook" səhifəsində paylaşıb.

Aktyor paylaşımını "Çoxdandır görüşmürdük, görüşəndə də damda görüşdük" sözləri ilə şərh edib.

Foto izləyicilər tərəfindən çox bəyənilib. Onlar hər iki sənətçiyə xoş ürək sözlərini yazıblar.

Milli.Az