Formula 1 üzrə Türkiyə Qran Prisinin biletləri 15 dəqiqə ərzində satılıb

16 Sentyabr 2020 15:38

8 illik fasilədən sonra Türkiyədə ilk dəfə keçiriləcək Formula 1 mərhələsinin biletləri satışa çıxarıldıqdan qısa müddət sonra bitib.

Milli.Az Trend-ə istinadən bildirir ki, onlayn bilet almağa çalışan əksər müştərilər 15 dəqiqə sonra biletlərin qalmadığını bildirib.

Qeyd olunur ki, bilet satışı ilə məşğul olan sayt qısa müddət ərzində çöküb. Təxminən iki saat sonra satışda biletlərin qalmadığı elan olunub.

Formula 1 üzrə Türkiyə Qran Prisi noyabrın 15-də İstanbulda keçiriləcək.

Milli.Az