AzTU-nun professoru vəfat etdi - FOTO

16 Sentyabr 2020 11:25

Azərbaycan Texniki Universitetinin (AzTU)Azərbaycan dili və pedaqogika kafedrasının professoru Əzizə Mikayılova dünyasını dəyişib.

Universitetdən Milli.Az-a verilən məlumatda bildirilir ki, Ə. Mikayılova uzun sürən xəstəlikdən sonra vəfat edib.

Əzizə Mikayılova 1984-cü ildə Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2001-2005-ci illərdə AzTU-nun Azərbaycan dili və pedaqogika kafedrasında müəllim, baş müəllim vəzifələrində işləyib. 2005-ci ildən dosent vəzifəsinə seçilib.

Milli.Az