Braziliyada bir gündə 36,6 mindən çox insanda COVID-19 aşkarlanıb

16 Sentyabr 2020 11:52

Braziliyada son sutka ərzində daha 36 653 nəfərin koronavirus infeksiyasına yoluxması, 1113 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Milli.Az APA-ya istinadən bildrir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 4 382 263 nəfər yoluxub. Bu müddət ərzində 133 119 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 3 671 128 xəstə müalicə olunaraq sağalıb.

Milli.Az