Paytaxtda 2 otaqlı mənzil yanıb

16 Sentyabr 2020 09:29

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Milli.Az