Araz Abdullayev Türkiyə klubunda - FOTO

15 Sentyabr 2020 22:56

Millimizin futbolçusu Araz Abdullayevin Türkiyənin "Boluspor" klubuna keçidi rəsmiləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə birinci liqa təmsilçisinin saytı məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, A.Abdullayevin son klubu "Qarabağ" olub. O, ötən mövsümün sonu Ağdam təmsilçisindən ayrılıb.

Milli.Az