Gürcüstanda parlament seçkiləri - MÜXALİFƏT VAHİD BLOK YARATDI

15 Sentyabr 2020 22:47

Gürcüstanın əsas müxalifət partiyaları oktyabrın 31-də keçiriləcək parlament seçkilərində vahid blokun tərkibində iştirak edəcəklər.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, 5 müxalifət partiyası "Birləşmiş müxalifət-Güc birlikdədir" adlı seçki bloku təsis edib.

Birliyə əsas müxalifət partiyası hesab olunan "Vahid Milli Hərəkat" Partiyası ilə yanaşı, "Respublika", "Tərəqqi" və "Azadlıq" partiyaları, "Dövlət xalq naminə" və "Biz özümüz" ictimai hərəkatları daxildir.

Birliyə digər partiyalar da daxil ola bilərlər.

Milli.Az