Şəmkirdə baş verən qəzada bir nəfər xəsarət alıb

15 Sentyabr 2020 22:44

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla "VAZ" markalı minik maşını toqquşub. Qəza zaman "VAZ"-ın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Mikroavtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az