Hacıqabulda maşın aşdı, sürücü öldü

15 Sentyabr 2020 20:59

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə rayonun Pirsaat kəndində baş verib.

Belə ki, Şirvan şəhər sakini, 1990-cı il təvəllüdlü Hüseynov Elvin Sayadan oğlu idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək aşırdıb.

Qəza zamanı sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az