Donald Tramp rəqibini narkotik testindən keçməyə çağırdı

15 Sentyabr 2020 20:49

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək seçkilərdə rəqibi olacaq Co Baydenə narkotik testindən keçməyi təklif edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ABŞ prezidenti özünün də testdən keçəcəyini bildirib:

"Hesab edirəm ki, o da narkotik testindən keçməlidir. O nə isə qəbul edir və bu, ona gümrahlıq verir. Bəlkə də o, 15 fincan qəhvə içir".

D.Tramp vurğulayıb ki, debat zamanı C.Bayden gözlənilmədən yaxşı çıxış etməyə başladı və bunu yoxlamaq lazımdır.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək.

Milli.Az