Fəxrəddin Altun Bakının işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı paylaım edib

15 Sentyabr 2020 17:37

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı "Twitter" hesabında paylaşım edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir: "Dost və qardaş Azərbaycanın paytaxtı Bakının düşmən işğalından azad edilməsinin 102-ci ildönümü mübarək! Bu şanlı zəfərə imza atan Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunu və bütün şəhidlərimizi rəhmətlə, minnətlə və hörmətlə yad edirəm".

Milli.Az