Xiaomi və Tesla ortaq ağıllı saatlar buraxa bilərlər

17 Sentyabr 2020 23:50

Geyilə bilən cihaz istehsalçısı Huami Technology (Xiaomi'nin alt şirkəti) və Amerikanın Tesla şirkəti ortaq məhsul buraxa bilər. Bu barədə Çin mediaları yazır.

Milli.Az techland.az-a istinadən bildirir ki, Huami Technology CEO'su Huang Wang GTR avtomobilinin şəklini və 15 sentyabrda keçiriləcək tədbirin elanını Weibo profilində yerləşdib.

Daha sonra avtoblogger Sj Vlogs Facebook-da cihazın ağıllı saata bənzər tiserini yerləşdirdi. Bu şəkildə də 15 sentyabr tarixi göstərilir.

Milli.Az