Bu amil Azərbaycan və İran iqtisadiyyatını bir-birinə daha da yaxınlaşdıracaq - Səfir

15 Sentyabr 2020 16:22

Yeni layihələrin icrası ilə Azərbaycan və İran iqtisadiyyatı bir-birinə daha da yaxınlaşacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün böyük potensial var: "Əminəm ki, biz bu potensialdan daha yaxşı yararlana bilərik. İqtisadi əməkdaşlıqla bağlı 30-a yaxın layihəmiz var, onun 14-nü bu il həyata keçirmək istəyirik. Bu, nəqliyyat, enerji, kənd təsərrüfatı və tibb sahələri ilə əlaqədardır. Bu layihələrin icrası ilə iki ölkənin iqtisadiyyatı bir-birinə daha da yaxınlaşacaq. Ticarət sazişi ilə bağlı iki ölkə arasında müzakirələr aparılıb. Dünən də dəniz nəqliyyatı sahəsində iki ölkənin rəsmiləri ilə müzakirələr keçirdi. Ötən həftə isə enerji nazirlərinin müzakirələri olub. Bu görüşlər iki ölkə prezidentlərinin iştirakı ilə keçirilməsi gözlənilən geniştərkibli konfransa hazırlıq məqsədi daşıyır".

Milli.Az