Bu gün "iPhone 12" təqdim olunacaq - FOTO

15 Sentyabr 2020 14:21

Dünyanın ən məşhur və ən bahalı brendlərindən olan "Apple" bu gün yeni məhsullarını təqdim edəcək.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, təqdimat mərasiminin saat 6-da baş tutması planlaşdırılıb.

Tədbirdə iPhone 12, Apple "ağıllı" saatı və planşetləri təqdim olunacaq. Təqdimatı apple.com saytından, həmçinin Youtube-dan canlı izləmək imkanı olacaq.

Qeyd edək ki, bu ilin iPhone-ları 5G texnologiyası ilə təchiz edilib.

Bəxtiyar Umarlı
Milli.Az