Koronavirus laboratoriyada hazırlanıb, Çin idarə edir - İDDİA

15 Sentyabr 2020 14:05

Virusoloq Covid-19-un insan tərəfindən laboratoriyada hazırlandığını iddia edir.

Milli.Az Nyu-York Post-a istinadla xəbər verir ki, Honq Konq Sağlamlıq Məktəbinin keçmiş tədqiqatçısı Dr. Li-Meng Yan koronavirusun Vuhan laboratoriyasında hazırlandığını söyləyib.

Onun iddialarına görə, virusun hazırlanması 6 ay vaxt aparıb. Yan, həmçinin virusun Çin hökuməti tərəfindən idarə olunduğunu iddia edib.

Vuhan Virologiya İnstitutunun direktoru Yuan Zhiming virusun laboratoriyadan yalnışlıqla yayılması ilə bağlı iddiaları təkzib edib.

Bəxtiyar Umarlı
Milli.Az