Gürcüstan - Azərbaycan oyunu bu vaxtda

15 Sentyabr 2020 19:14

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Gürcüstanla keçirəcəyi oyunun başlanma vaxtı müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, oktyabrın 13-də Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Qeyd edək ki, millimiz 2-ci qrupda 6 xalla 4-cü pillədə qərarlaşıb. Gürcüstan isə 9 xalla 3-cüdür.

Milli.Az