Qonşusu dronla müğənninin evinin içini izlədi

15 Sentyabr 2020 15:46

İstanbulun Şişli səmtində bir binanın 12-ci mərtəbəsində yaşayan müğənni Zeynep Mansur evini izləyən manyakla bağlı polisə şikayət edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, evinə qonaq gələn dostu ilə söhbət edən ifaçı pəncərənin qabağında bir dron görüb. Pəncərəni açıb aşağı baxan müğənni bir kişinin dronla onun evinin içini izlədiyini görüb.

Həmin şəxsə "Nə edirsən" sualını ünvanlayan Zeynep "Evinə baxıram" cavabını alıb.

Mansur onunla eyni binada yaşayan şəxsi polisə şikayət edib. O isə öz evində tək qoyduğu itini izləmək üçün drondan istifadə etdiyini bildirib və müğənnidən üzr istəyib.

Mansur "Üzr istədi, amma qorxuram. Bu hadisə məndə psixoloji problem yaradıb. Bir insan evindəki itə küçədən dronla niyə baxsın? Bir daha eyni hadisə təkrarlanarsa, yenidən məhkəməyə gedəcəm" sözlərini söyləyib.

Milli.Az