15:44
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri Gəncə şəhəri üzərində uçuşlar həyata keçirib.
Milli.Az Trend-ə istinadən bildirir ki, həyata keçirilən uçuşlar Bakı şəhərinin azad olunmasının 102-ci ildönümünə həsr olunub.
Uçuşlarda Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələri iştirak edib
--------
14.40
Gəncədə hərbi uçuşlar başlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar Gəncədə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri uçuşlar həyata keçirir.
-------
12:31
Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 14.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçiriləcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunacaq.
Milli.Az