Livanda məşhur memarın müəllifi olduğu ticarət mərkəzi yanıb - VİDEO

15 Sentyabr 2020 13:57

Livanın paytaxtı Beyrutun mərkəzi hissəsində güclü yanğın olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, yanğın ticarət mərkəzinin binasında başlayıb.

Hadisə nəticəsində binanın fasadına ciddi ziyan dəyib. Xəsarət alanların olmadığı deyilir.

Yanğınsöndürənlər yanğının qarşısını ala bilib.

Həmin binanı məşhur memar Zaha Hadidin dizayn etdiyi bildirilib.

Qeyd edək ki, son iki ay ərzində Beyrut limanında iki güclü yanğın olub.

Milli.Az