Ermənistanda 150 yeni yoluxma

15 Sentyabr 2020 13:35

Ermənistanda son sutka ərzində 150 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 46119-a çatıb.

Son sutkada virusdan daha 1 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 920-a çatıb.

Milli.Az