Parlamentin komitə iclası keçiriləcək

15 Sentyabr 2020 11:45

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçiriləcək.

Milli Məclisdən Milli.Az-a verilən məlumata görə, İclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlərə dair hesabat dinləniləcək, payız sessiyası üçün qanunvericilik işləri planının layihəsi müzakirə ediləcək.

Komitənin toplantısında cari məsələlər barədə fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

Milli.Az