Kamçatkada 6,3 bal gücündə zəlzələ olub

15 Sentyabr 2020 09:45

Kamçatkada 6,3 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən verdiyi məlumata görə, saat 07:41-də qeydə alınan yeraltı təkanların episentri Esso qəsəbəsindən 14 kilometr qərbdə yerləşib.

Bildirilir ki, Kamçatkanın sakinləri zəlzələnin 3 bala qədər hiss ediblər.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az