BƏƏ və Bəhreyn İsrail ilə münasibətlərin normallaşdırılması üzrə razılaşma imzalayacaqlar

15 Sentyabr 2020 08:32

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn bu gün Vaşinqtonda İsrail ilə münasibətlərin normallaşdırılması üzrə razılaşma imzalayacaqlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, razılaşmanın imzalanması mərasimində iştirak etmək üçün İsrailin baş naziri Binyamin Netanyahu Vaşinqtona səfərə gəlib.

Bildirilir ki, BƏƏ və Bəhreyni mərasimdə bu ölkələrin xarici işlər nazirləri təmsil edəcəklər.

Qeyd edilir ki, mərasimdə həmçinin ABŞ prezidenti Donald Tramp da iştirak edəcək.

Milli.Az